Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Brüsseldə aksiya: polis gözyaşardıcı qazdan istifadə etdi

132 Baxış

Belçikanın paytaxtı Brüsseldə polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, etirazçılar buna cavab olaraq küçələrdə barrikadalar qurmağa başlayıblar.

Bildirilib ki, şəhər meriyası ilə razılaşdırılmış aksiyada 35 minə yaxın insan iştirak edib. Aksiya zamanı polisin yolu bağlaması qarşıdurmaya səbəb olub.

Lakin sonradan aksiyanın başa çatdığı elan olunub və iştirakçılar ərazini tərk edib.

Aksiya zamanı şəhərdə nəqliyyat sisteminin fəaliyyəti dayanıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678