Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Braziliyada iki körpəyə COVID-19 vaksini vuruldu; uşaqlar xəstəxanalıq oldu

128 Baxış

Braziliyada iki körpəyə – iki aylıq qız və dörd aylıq oğlan uşağına səhvən koronavirusa qarşı “Pfizer” peyvəndi vurulub. Onlar vaksinə pis reaksiya veriblər, buna görə təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, analar uşaqları xəstəxanaya difteriya, tetanoz, göy öskürək, hepatit B əleyhinə kombinasiyalı peyvənd vurmaq üçün gətiriblərmiş.

Vaksindən sonra uşaqların temperaturu yüksəklib, istiliyi heç bir şəkildə azaltmaq mümkün olmayıb, qız isə qusmağa başlayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678