Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya Qarabağ üçün BMT-yə çağırış etdi

110 Baxış

Rusiya BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığını məcburi köçkünlərin Qarabağa qaytarılması üçün fəaliyyətini gücləndirməyə çağırır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dakı daimi nümayəndəsini müavini Gennadi Kuzmin deyib.

“Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, biz məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması ilə bağlı BMT QAK-ın fəaliyyətinin gücləndirilməsində maraqlıyıq. QAK-ı regiona humanitar yardım çatdırması üçün Bakı və İrəvanla dialoqu davam etdirməyə çağırırıq”.

Qeyd edək ki, erməni köçkünlərin Qarabağın rus sülhməramlılarının nəzarətində olan əraziyə qayıtması artıq təmin edilib. Həmin ərazilərə azərbaycanlı məcburi köçkünlərin qayıtması isə gündəmdədir.

Xatırladaq ki, yalnız Xankəndi şəhərinə qayıdacaq azərbaycanlı köçkünlərin sayı 16 mindən çoxdur. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678