Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Separatçılar Qarabağda polis qüvvələri yaradacaqlar

135 Baxış

Erməni separatçıları Azərbaycanın Qarabağ bölgəsində RSK-nin məsuliyyət daşıdığı ərazidə polis qüvvələri yaratmağı planlaşdırır.

Turanmedia.az erməni mediasına istinadla xəbər verir ki, bunu qondarma qurumun “polis rəisi” Artyom Arutyunyan deyib.

“Polis qüvvələrinin geniş səlahiyyətləri olacaq. Onlar həmçinin xüsusi və mühüm obyektlərin mühafizəsi ilə məşğul olacaq, xüsusi yüklərin daşınmasının təhlükəsizliyini təmin edəcəklər. Müvafiq qanun layihəsi artıq parlamentin müdafiə komissiyası tərəfindən təsdiqlənib”, – deyə o bildirib.

Yaxın vaxtlarda bu, “plenar iclasın gündəliyinə” salınacaq. “Qanun layihəsinin qəbuluna ehtiyac müharibədən sonrakı vəziyyətlə bağlıdır”, – Arutyunyan deyib.

Kimdən qorxurlar, kimdən müdafiə olunurlar? Atan da özləridir, hücum edən də, rus sülhməramlılar da keşiklərini çəkir, bəs bunlar kimdən qorunurlar?  //Turanmedia.az

Mənbə: konkret.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678