Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada Mi-24 helikopteri qəzası ilə bağlı cinayət işi başlandı

167 Baxış

Rusiya hərbi müstəntiqləri Ermənistan ərazisində Mi-24 helikopterinin qəzası ilə əlaqədar cinayət işi başladıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Agentliyin məlumatına görə, cinayət işi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması) üzrə qaldırılıb.

Qeyd olunur ki, hazırda Rusiya, Azərbaycan və Ermənistan istintaqçıları ilkin istintaq tədbirləri görür. Onlar qəza yerinə baxış keçirib və bir neçə ekspertiza təyin olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678