Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kreml göz görə-görə Qazaxıstanda ikinci Əfqanıstan senarisinin yaranmasına imkan verdi” – ŞOK AÇIQLAMA

115 Baxış

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsi yanlış qərar idi. Kreml göz görə-görə bu addım ilə həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda ikinci Əfqanıstan ssenarisinin yaranmasına imkan verdi”.

Turanmedia.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev səsləndirib. O bildirib ki, KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur: “KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digərləri ona hərbi yardım göstərə bilər. Bu zaman sual yaranır: Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT-nin bu ölkəyə gəlməsinə razılıq verib? Hər nə qədər etirazların pərdəarxasında Rusiya olsa da, təqdim edilən görüntü qazax xalqının etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ tanımır. Digər bir məsələ isə Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalmasıdır. Kreml mövcud vəziyyətin gələcəkdə həm özü, həm də Qazaxıstan üçün doğura biləcəyi ağır nəticələrin fərqində deyil. Məsələ ondadır ki, KTMT-nin Qazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsinə gətirib çıxaracaq. Onsuz da dini radikalizmə meyilli olan qazax cəmiyyəti ruslara qarşı nifrətini radikalizm və ekstrimizm formasında göstərəcək. Bu isə öz növbəsində regionda ikinci Talibana bənzər hərəkatın yaranmasına, ikinci Əfqanıstan ssenarisinin ortaya çıxmasına gətirib çıxara bilər”.

İraqdakı etirazların sünni-şiə müstəvisinə keçməsi ABŞ-ın planları əsasında  baş verir”

Turan Rzayev əlavə edib ki, Almatıda baş verən toqquşmalar nəticəsində ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 14-ə çatıb: “Ölənlərdən 3-nün meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb. Radikalizmin izləri artıq indidən hiss olunur. Nəzərə almaq lazımdır ki, Mərkəzi Asiyada dini radikalizm müeylləri hər zaman güclü olub. Ehtimal işğal təhdidi və ya bu düşüncə belə əks hərəkət kimi radikalizmin canlanmasına gətirib çıxara bilər. Prinsip etibarilə radikal qazaxlara silahlı dəstək verəcək Taliban, İŞİD kimi qruplaşmalar, FETÖ terror təşkilatı kimi ideoloji qanadlar da mövcuddur. Bu isə nəinki Kreml və KTMT üçün problem olacaq, qazax xalqına da ciddi zərər vuracaq”.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678