Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşvili ilə bağlı prokurorluğa müraciət olundu

112 Baxış

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəçiləri Dövlət Müfəttişliyi Xidmətini onun həbsxanadan xəstəxanaya köçürülməsi ilə bağlı materialları dərc etməyə çağırıblar.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Mixail Saakaşvilinin vəkilləri müvəkkillərinə psixiatrik ekspertiza təyin edilməsi və onun işgəncə işi üzrə zərərçəkmiş kimi tanınması xahişi ilə prokurorluğa müraciət ediblər.

Məsələ barədə danışan eks-prezidentin vəkili Nika Qvaramiya köçürülmə zamanı qeydə alınan protokollarla tanış olmağın vacib olduğunu söyləyib:

“Biz məlumatın bir hissəsini Dövlət Müfəttişliyi ilə mübadilə edirik, lakin bizim üçün əlçatan olmayan materiallar var”.

Eyni zamanda vəkil Saakaşvilinin iş üzrə zərərçəkmiş kimi tanınacağını gözləmədiyini də deyib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678