Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Soyqırımla bağlı suala cavab verən şəxsin “Omega” agenti olması edilə biləcək ən pis şeydir” – Mkrtçyan

118 Baxış

“Omega” agenti soyqırımla bağlı suala cavab verəndə bu, ən pis variantdır.

Turanmedia.az konkret.az-a istinadla xəbər verir ki, bunu parlamentdə sual-cavab iclasında “Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan deyib.

O, “erməni soyqırımı”nın tanınması üçün mübarizəni davam etdirəcəklərini deyib və Qarabağı “Ermənistan torpağı” adlandırıb.

“Erməni xalqı erməni soyqırımının tanınması üçün mübarizəni davam etdirəcək, bu bizim üçün danılmaz həqiqətdir, məncə bunu baş nazir postunu tutan şəxs də deyə bilər, üstəlik, öz sözlərini təkrarlayar: Arsax Ermənistandır, nöqtə!”, – deputat deyib.

Sualı cavablandırmaq üçün kürsüyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxıb.

“Tribunaya çıxan şəxsin agent olması ilə bağlı şayiələri inkar etmədiyini nəzərə alsaq, belə bir suala cavab vermək üçün “Omega” agentini seçmək edilə biləcək ən pis şeydir”, – deyə Mkrtçyan bildirib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678