Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səkkiz körpənin ölümündə günahlandırılan tibb bacısı tutuldu – FOTO

135 Baxış

Böyük Britaniyanın Çester şəhər polisi səkkiz körpəni öldürmək və on qətlə cəhddə günahlandırılan tibb bacısının tutulduğunu bildirib.

“RİA Novosti” şəhər polisinə istinadən xəbər verir ki, “Countess of Chester” xəstəxanasının əməkdaşı Lusi Letbi Britaniya Krallıq Prokurorluğunun həbs icazəsindən sonra tutulub.

İttihamlar 2015-ci il iyun-2016-cı il iyun tarixləri arasında xəstəxananın neonatal şöbəsində baş verən bir sıra uşaq ölümü və bədbəxt hadisələrlə bağlı aparılan istintaq çərçivəsində qaldırılıb.

Təqsirləndirilən şəxs bu gün məhkəmə qarşısına çıxmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678