Alen Simonyan: “Gizlətməkdə ittiham edildiyim əmlak nənəmə məxsusdur”

30 Baxış
“Gizlətməkdə ittiham etdiyim əmlak nənəmə məxsusdur”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidentinin səlahiyyətlərini icra edən parlament spikeri Alen Simonyan deyib. O bildirib ki, daim onun ünvanına bəzi ittihamlar səslənir, lakin faktlar zəif araşdırılır.

“Gizlətməkdə ittiham edildiyim əmlak nənəmə məxsusdur. Bu, çoxdan satılan kommunal mənzildir”, – deyə Simonyan deyib.

Spikerin sözlərinə görə, bu faktda qanuna zidd heç nə yoxdur, ona görə də o, məhkəməyə müraciət etmək və böhtanı təkzib etməyi tələb etmək niyyətindədir.

Xatırladırıq ki, bundan əvvəl “Fakt Araşdırma Platforması” saytı 2019-cu ildə o zaman parlamentin vitse-spikeri olan Simonyanın gəlir və əmlak bəyannaməsində yalan məlumatlar təqdim etdiyini yazmışdı. Onun İrəvanın Abovyan küçəsindəki mənzillərdən birinin sahibi olduğu iddia edilib.  //Turanmedia.az