“Xaçaturyan prezident kimi notarius fəaliyyəti göstərəcək” – Erməni politoloq

30 Baxış
“Xaçaturyan prezident kimi notarius fəaliyyəti göstərəcək”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu politoloq Suren Surenyanç deyib. O hesab edir ki, yeni prezidentin şəxsiyyəti indi o qədər də vacib deyil, onun hakim elitanın təşəbbüslərinin dirijoru olması daha vacibdir.

“Xaçaturyan Paşinyan və komandasının siyasi zövqünə tam uyğun gəlir. Xarici siyasət məsələlərinə qarışmayacaq, heç bir qanun layihəsinə etiraz etməyəcək, hətta Konstitusiya Məhkəməsinə göndərməyəcək”, – deyə Surenyanç bildirib.

O, Vaaqn Xaçaturyanın heç bir daxili siyasi ambisiyaya malik olmayan namizəd və o, regionda “sülh erası” ideyasını ilk alqışlayanlardan olduğunu deyib.

“Arayik Arutyunyanın mümkün namizədliyi ilə bağlı yayılan xəbərlər cəmiyyətin reaksiyasını yoxlamaq üçün süni mediaya atılan addım idi. Bundan əlavə, onun fonunda Xaçaturyan daha layiqli namizəd kimi görünməyə başladı. Sarkisyanı məcbur etməsələr də, prezidentlikdən getməyə “itələdilər” ki, Paşinyan bütün hakimiyyəti öz əlində cəmləşdirə bilsin”, – deyə erməni politoloq bildirib.  //Turanmedia.az