Almaniya Ukraynaya öldürücü silahlar verməyəcək

36 Baxış
Almaniya kansleri Olaf Şolz deyib ki, onun ölkəsi Ukraynanı öldürücü silahlarla təmin etmək niyyətində deyil.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, kansler bu barədə Amerika Birləşmiş Ştatlarına səfər öncəsi ARD telekanalının efirində bildirib.

“Almaniya hökumətinin çox aydın kursu var: biz böhranlı bölgələrə həmçinin Ukraynaya öldürücü silahlar tədarük etmirik”-deyə Olaf Şolz bildirib.  //Turanmedia.az