Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin və Makron Qarabağa dair müzakirə aparıblar

119 Baxış
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Qarabağla bağlı müzakirə aparıblar.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Putin Qarabağdakı Rusiya sülhməramlılarının işinə yüksək qiymət verildiyini söyləyib: “Biz ATƏT-in Minsk Qrupun həmsədrlərinin fəaliyyətinin, o cümlədən regiondakı hazırki humanitar və sosial-iqtisadi problemlərin həllində vacib əhəmiyyətini təsdiqlədik”.

Rusiya rəhbəri qeyd edib ki, Fransa prezidenti Avropa Şurasının sədri Şarl Mişellə birgə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə videokonfransının yekunları barədə məlumat verib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678