Sərhəddə misli görünməmiş rus qoşunları cəmləşib

36 Baxış

Bizim Ukrayna sərhədində misli görünməmiş Rusiya qoşunları cəmləşib, həmçinin fevralın 20-dək davam etməli olan təlimlərin keçirildiyi Belarusda böyük bir rus qüvvəsi var.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

“Hamımız özümüzdən bundan sonra nə olacağını soruşuruq. Dünyanın və Avropanın II Dünya müharibəsindən bəri görmədiyi bu qoşun hərəkətinin təsiri necə olacaq?

“Bizim məqsədimiz cəmiyyətlərimiz və xalqlarımız üçün sülhü, o cümlədən beynəlxalq hüququ təmin etmək və NATO-ya, Avropa Birliyinə üzv olmayan, lakin bizim müttəfiqimiz olan ölkələrin ərazi bütövlüyünü qorumaqdır. Mən indi Ukraynadan danışıram”, – Duda qeyd edib. //Turanmedia.az