Rusiyanın tank kolonu Kiyevin 64 kilometrliyində müşahidə olunub

58 Baxış

Kiyevin 64 kilometrliyində Rusiyanın tank kolonu müşahidə olunub.

Turanmedia.az-ın məlumatına görə, APA UNİAN-a istinadla xəbər verir ki, bu fotonu Reuters agentliyi yayıb. Agentliyə şəkli ABŞ-ın “Maxar technologies” şirkəti təqdim edib. Fotoda texnikanın Kiyev vilayətinin İvankov qəsəbəsində olduğu görünür.

Burada tanklardan başqa PDM-lər və özüyeriyən artilleriya da var.  //Turanmedia.az