Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çavuşoğlu Kuleba ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

120 Baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Tərəflər söhbət zamanı Ukraynadakı son vəziyyəti və İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək danışıqları müzakirə ediblər.

Xatırladaq ki, bu gün axşam saatlarında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib, görüş beş saat davam edib. Tərəflər daha sonra martın 3-ü Belovejskaya Puşçada və martın 7-si isə Brest vilayətində görüşüblər.

Hazırda danışıqlar videobağlantı vasitəsilə gündəlik formatda aparılır. Martın 10-da isə Antalyada keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba arasında görüş keçirilib.  //Turanmedia.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678