Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Boris Conson: “Putinin döyüş maşınını AC QOYACAĞAM”

127 Baxış
Boris Conson Putinin döyüş maşınını “acından qıracağına” söz verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Conson Twitter-də yazıb. O, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğunu bildirib.

Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi planlarını açıqlayıb.

“Mən Putinin döyüş maşınını ac qoymaq üçün əlimdən gələni edəcəyəm”,- deyə o söz verib.

Siyasətçi əlavə edib ki, London Ukraynaya hərbi dəstəyi və humanitar yardım paketini gücləndirməyə hazırdır.

Aprelin 2-də Böyük Britaniya və Ukrayna Rusiyaya qarşı sanksiyaları gücləndirməyə davam etmək barədə razılığa gəliblər. Krallığın baş nazirinin ofisi rus qoşunları Ukrayna ərazisini tərk edənə qədər Moskvaya iqtisadi təzyiqi artırmaq üçün anti-Rusiya sanksiyalarının təzyiqinin artırılmasının vacibliyini qeyd edib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyaya qarşı sanksiya təzyiqini görünməmiş adlandırıb və daha əvvəl heç bir ölkənin belə təzyiqlə üzləşmədiyini bildirib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678