Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kaliforniyada İLGİNC QANUN: Analar doğuşun ilk həftəsi ərzində KÖRPƏSİNİ ÖLDÜRƏ BİLƏR

230 Baxış
Kaliforniyada analara uşaqları doğuşdan sonra ilk həftə ərzində öldürməyə icazə verən qanun layihəsi təqdim edilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtondakı Corctaun Universitetində hüquq üzrə təhsil almış, Thomas More Cəmiyyətinin xüsusi müşaviri Çarlz LiMandri LifeSiteNews-a bildirib. O deyib ki, yenidən işlənmiş qanun körpələrin “doğuluşdan sonra” günlər və hətta həftə ərzində öldürülməsinə imkan verəcək.

Kaliforniya Baş Assambleyasının Ədliyyə Komitəsində gözlənilən qanun layihəsi körpələrin doğulduqdan sonra öldürülməsini qanuniləşdirməyi nəzərdə tutur.

“Bu, ananın hamiləliyi ilə bağlı hər hansı, o cümlədən dölün “perinatal ölümü”nə səbəb olan hərəkətlərə görə təqiblərdən qorunmasını nəzərdə tutur. Perinatal dövr hamiləliyin bütün müddəti və doğuşdan sonrakı ilk həftədir.

Bu cür hərəkətlər qadının öz “reproduktiv hüquqlarını” həyata keçirməsi kimi qiymətləndiriləcək”, – deyə LiMandri izah edib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678