Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır

11 Baxış

Yunanıstan Rusiyanın 12 diplomatını ölkədən çıxarır.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Rusiya Federasiyasının Yunanıstanda akkreditə olunmuş Diplomatik və Konsulluq Nümayəndəliklərinin 12 üzvü “persona non grata” elan edilib”, – XİN-in məlumatında qeyd olunub.

Bildirilib ki, bu qərar Diplomatik Məsələlər üzrə 1961-ci il Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Məsələləri üzrə Vyana Konvensiyasının müddəalarına uyğun olaraq verilib.  //Turanmedia.az