Qərbdən Putinə AĞIR ZƏRBƏ – Qızları HƏDƏFDƏDİR + ƏTRAFLI

11 Baxış

“Putinin başlatdığı müharibəni maliyyələşdirən Rusiya kleptokratiyasını hədəf alacağıq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Məlumatlara görə, sanksiyaların əsas hədəfləri Putinin yaxın ətrafı- rus oliqarxlar, siyasətçilər və Rusiya Prezidentinin iki qızı olacaq.

Britaniyanın “Teleqraf” qəzeti yazır ki, yeni sanksiyalar nəticəsində Rusiya Prezidentinin qızları – 35 yaşlı Katerina Tixonova və 36 yaşlı Mariya Vorontsovanın aktivləri dondurulacaq.Onlara səyahət qadağaları qoyulacaq. Yeni sanksiyalarla həmçinin, Rusiya şirkətlərinin Aİ ölkələrindəki tenderlərdə iştirakına da qadağa qoyulacaq.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Avropa İttifaqı müharibəni dayandırması üçün Rusiyaya 4 sanksiya paketi tətbiq edib. Beşinci sanksiya paketi isə ötən gün təsdiqlənib.

Yeni sanksiya paketinə:

Rusiyadan ildə 4 milyard avro məbləğində kömür idxalına qadağa,

Rusiyanın dörd əsas bankının, o cümlədən VTB-nin əməliyyatlarına qadağa,

Rusiya gəmilərinin Aİ limanlarına girişinə qadağa,

10 milyard avro məbləğində yarımkeçiricilərin, maşın və nəqliyyat avadanlıqlarının Rusiya Federasiyasına ixracına qadağa,

5,5 milyard avro məbləğində Rusiya mallarının idxalına qadağa,

Rusiya şirkətlərinin Aİ-də dövlət satınalmalarında iştirakına qadağa və Rusiya dövlət orqanlarına hər hansı maliyyə dəstəyinin istisna edilməsi – daxildir.  //Turanmedia.az