Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“NATO Rusiya ilə müharibə aparır və bunu gizlətmir” – Zaxarovadan KRİTİK AÇIQLAMA

308 Baxış
“NATO Rusiya ilə müharibə aparır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, alyansın faktiki olaraq Rusiya ilə müharibə vəziyyətində olduğuna diqqət çəkib:

“Alyans Rusiya ilə qarşıdurmada iştirakını açıq-aşkar inkar edir, lakin Ukraynaya hərbi yardım göstərir və bunu gizlətmir. Məhz NATO Şurasının iclası zamanı Ukrayna təhlükəsizlik qüvvələrinin son səkkiz il ərzində xarici təlimatçıların rəhbərliyi altında təlim keçdikləri qürurla elan olundu. Son illər Ukraynaya silah verilməsi faktı da gizlədilməyib. Ümumiyyətlə Ukraynanı cənub-şərq problemini silah gücü ilə həll etməyə təşviq üçün hər vasitəyə əl atılıb” – Zaxarova vurğulayıb.

XİN sözçüsü əlavə edib ki, indi alyans Ukraynanı silahla təmin etməklə, sadəcə münaqişənin müddətini uzadır. NATO-nun uzun müddətdir ki, Ukraynanın əli ilə Rusiyaya qarşı vuruşduğu heç kimə sir deyil.

Mariya Zaxarovanın dedikləri Rusiyanın xüsusi əməliyyatın məqsədlərinə çatmadan Kiyevlə sülh bağlamayacağını bird aha sübuta yetirir. Kiyev üçün isə bu, tam təslim olmaq deməkdir.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678