Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fransa Rusiya neftindən imtina etməyə hazırdır” – Bruno Le Maire

115 Baxış

Fransanın maliyyə və iqtisadiyyat naziri Bruno Le Maire ölkəsinin Rusiya neftindən imtina etməyə hazır olduğunu bəyan edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə o CNN-ə müsahibəsində bildirib.

“Biz irəli getməyə və neft qadağası ilə bağlı qərar verməyə hazırıq, Mən əminəm ki, növbəti addımlar və sonrakı müzakirələr bu məsələ üzərində cəmləşəcək” – deyə nazir əlavə edib.

Le Maire bildirib ki, Fransanın Rusiya neftindən imtinası “oyunu dəyişdirir”. Nazir hesab edir ki, Avropa Rusiyanın enerji resurslarına embarqo tətbiq etmək üçün birlik nümayiş etdirməlidir.

Le Maire onu da əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar AB-nin yaradılmasından bəri ən ağır sanksiyalardır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678