Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putinin ölümü və ya hakimiyyətdən getməsi Ukrayna üçün SƏRFƏLİ DEYİL – Arestoviç

112 Baxış

Arestoviç Putinin ölümünün Ukraynaya nə üçün sərfəli olmadığını izah edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki. bu fikri “Mərkəz” YouTube kanalına müsahibəsində PA rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. O bildirib ki, Vladimir Putinin hakimiyyətdən getməsi liberalların hakimiyyətə gəlməsinə və Rusiyanın çiçəklənməyə başlamasına səbəb ola bilər.

 

Aretoviçin fikrincə, Ukrayna üçün ən pis variant müxalifət lideri Aleksey Navalnının həbsdən azad edilməsi və ya başqa bir müxalifət liderinin peyda olması olacaq. Bu, Putinin ölümü və ya hakimiyyətdən getməsindən sonra mümkün olacaq.

“Səbəbini izah edəcəyəm. Onlar həqiqətən də əsl parlamentarizm təşkil edəcəklər, bir neçə siyasi partiya olacaq. Onlar həqiqətən Qərblə razılaşacaqlar. Qərb razılaşmağa can atır. Onlardan sanksiyalar götürüləcək və dünya istehsalında yenidən yer tutmağa başlayacaqlar”, – Arestoviç izah edib.

 

PA rəhbərinin məsləhətçisinin fikrincə, bu, Rusiya Federasiyasına Qərb sivilizasiyasının bir hissəsi kimi digər ölkələrlə rəqabət aparmağa imkan verəcək.

“Qərb razıdır, çünki vəziyyətin normallaşmasının bütün formal əlamətlərini görür. Parlament işləyir, siyasi rəqabət, media işə başlayıb… Və bu liberal Rusiya o Rusiyanı çox sürətlə o yerə çatdıracaq ki, onunla rəqabət aparmaq bizim üçün çətin olacaq”, – deyə Arestoviç vurğulayıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678