Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan Moskvaya səfəri öncəsi Avstriya kansleri ilə danışdı

108 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməzdən əvvəl Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Danışıqlar zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional problemlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

 

“Prezident Ərdoğan Türkiyə ilə Avstriya arasında son vaxtlar yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edib. Prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə davam edir”, – Türkiyə prezidentinin ofisindən bildiriblər.

Ərdoğan Avstriya kanslerinə bildirib ki, Ankara və Vyana təbii qaz tədarükü sahəsində əməkdaşlığı gücləndirə bilər. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678