Zelenski təkzib etdi: Ştaynmayeri qəbul etməmək…

77 Baxış

Kiyev Almaniyadan Prezident Frank-Valter Ştaynmayerin səfəri ilə bağlı sorğu almayıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Mən prezident olaraq Almaniya Prezidenti Ofisindən Prezident Ştaynmayerin Ukraynaya səfərilə bağlı rəsmi müraciət almamışam”, – Zelenski qeyd edib.

Qeyd edək ki, ötən gün “Bild” nəşri Zelenskinin Almaniya Prezidentini Kiyevdə qəbul etməkdən imtina etdiyi haqda məlumat yayılmışdı. Səbəb kimi isə Ştanymayerin Rusiya ilə sıx əlaqələri göstərilmişdi. //Turanmedia.az