Avropa Komissiyası Ukraynaya silah təchizatını sürətləndirməyə çağırıb

14 Baxış

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İttifaq ölkələrini Ukraynaya silah təchizatını sürətləndirməyə çağırıb.

Turanmedia.az apa-ya istinadən xəbər verir ki, Lyayen bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

“Aİ-nin bütün ölkələri bacardıqları qədər silah təchiz etməlidir. Yalnız bu halda Ukrayna öz ağır müdafiəsini təmin edə bilər” – deyə Lyayen vurğulayıb.