Rusiya kimi hegemon dövlət niyə məğlub olur və bu qədər itki verir? – ŞOK SƏBƏBLƏR

14 Baxış

Rusiyanın “xüsusi əməliyyat”da itkilərinin aşkar səbəbləri üzə çıxıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb. Nəşr bildirir ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti və ciddi itkilərlə üzləşməsinin əsas səbəbləri generalların peşəkarlıq səviyyəsinin aşağı olması və qohumbazlıqdır.

“Bu sualı özümüzə verdik. Və yalnız bir cavab tapdıq – generalların çox aşağı peşəkarlıq səviyyəsi. Bunun da səbəblərindən biri Rusiya ordusundakı qohumbazlıqdır. Rus ordusunda xidmət edən generalların əksəriyyəti hansısa məmurun qohumlarıdır. Onlar vəzifələrini və tapşırıqları yerinə yetirməyən, onlara hazır olmayan, qohumluq xətrinə rütbəyə və vəzifəyə yüksələn generallardır”, – “Der Spiegel” yazır.