Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan Moskva səfərindən öncə Putini hiddətləndirib

123 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da gerçəkləşən Moskva səfərindən bir gün öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə müzakirə aparması Kremldə yaxşı qarşılanmayıb.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, əgər baş nazir və ya onun xarici işlər naziri konkret ölkəyə səfəri ərəfəsində səfər edəcəyi dövlətin nümayəndələri ilə ünsiyyətdə olardısa, bu normal qarşılanardı.

“Lakin Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçi kimi çıxış edən Avropa Şurasının prezidenti Şarl Mişellə əlaqə saxladıqda anormallıq yaranır”,- deyə Stanislav Tarasov bildirib.

Ekspertin fikrincə, Şarl Mişellə danışıqlardan sonra Paşinyanın Vladimir Putinlə sadəcə olaraq müzakirə edəcəyi heç nə olmayacaq.

“Bu, böhranın mövcudluğundan xəbər verir. Paşinyan açıq ikili standartlar siyasəti yürüdür. O, vəziyyəti gərginləşdirməyə doğru gedir və indiyə qədər bütün bunları niyə etdiyi və məqsədi mənə aydın deyil. O, sadəcə Ermənistanı Rusiyadan uzaqlaşdırır”, – Tarasov qeyd edib.
Politoloq Bakı ilə Moskvanın mövqelərinin oxşarlığını da diqqətə çatdırıb.

“Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətini tanımır. Onun öz səbəbləri var və bunu doğru hesab edir. Yeri gəlmişkən, Moskva da artıq ATƏT-in Minsk qrupunu tanımır, ancaq təbii ki, öz səbəblərinə görə. Belədə İrəvan Fransa və ABŞ-ın yanında qalacaq? Bax indi qoy, Qarabağ problemini həll etsinlər. Baxmayaraq ki, hər şey artıq həll olunubsa, onlar nəyi həll edəcəklər? Onlar onu sadəcə olaraq, Azərbaycana təhvil verdilər, vəssalam”, – Rusiyadan olan ekspert qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678