Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna Silahlı Qüvvələri Maryinkada nəzarəti bərpa edib

119 Baxış

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Maryinka bölgəsində əks hücuma keçib.

Turanmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna rayon üzərində nəzarəti tamamilə bərpa edib. Hazırda Xerson vilayətində, Aleksandrovka ərazisində döyüşlər davam edir.

Bundan əvvəl Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiya hərbçilərinin aprelin 19-na keçən gecə Ukraynanın şərqini yarıb keçmək cəhdlərinin baş tutmadığını bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678