Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rus deputat: “Ukraynalı əsirlər yaralı əsgərlərimiz üçün donor olmalıdırlar”

111 Baxış
Ukraynalı əsirlər yaralı rusiyalı əsgərlər üçün qan donoru olmalıdırlar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Serqey Leonov bildirib.

“Rusiya Milli Donor Gününü qeyd edir. Bununla əlaqədar olaraq, Ukrayna hərbi əsirlərinin Silahlı Qüvvələrimiz, rusiyalı əsgərlərin müalicə aldığı hospital və xəstəxanalar, habelə Ukrayna Ordusunun atəşlərindən zərərçəkən mülki şəxslər üçün məcburi qan donoru olması barədə təklif var”, – deyə deputat bildirib.

Qeyd edək ki, məcburi donorluq praktikası nasistlərin həbs düşərgələrində geniş yayılmışdı. Buxenvaldın sağ qalan əsirlərin sözlərinə görə, vehrmaxt əsgərləri üçün onlardan qan alınırdı, eyni zamanda əsirlər ac saxlaılır və işləməyə məcbur edilirdilər.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678