Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniya rusiyalı oliqarxların mülklərinə həbs qoydu

104 Baxış
İspaniyada Ukrayna-Rusiya müharibəsi başlayandan rus oliqarxlara qarşı tətbiq edilən sanksiyalar çərçivəsində 3 yaxta, 23 mülk və 12 bank hesabına müvəqqəti həbs qoyulduğu açıqlanıb.

Turanmedia.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, İspaniya hökumətində baş nazirliyin direktoru Oskar Lopez parlamentə təqdim etdiyi Milli Təhlükəsizlik Strategiyasında rus oliqarxlara tətbiq edilən sanksiyalarla bağlı məlumatı açıqlayıb.

Lopez Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə kimi sanksiyaya məruz qalacaq Rusiya oliqarxları siyahısında olan 5 nəfərin bankdakı 12 investisiya və şəxsi hesabı, 3 lüks yaxtası və 23 mülkünün müvəqqəti müsadirə edildiyi barədə məlumat paylaşıb.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678