Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2022-ci il mayın 1-dən rusların həyatında nə dəyişəcək? – ÖZƏL

100 Baxış
Rusiyada 2022-ci ilin may ayında bir sıra qanunlar qüvvəyə minəcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, 2022-ci il mayın 1-dən Rusiya vətəndaşlığı olmayan uşağın anası vəfat edibsə, bu zaman kişi analıq kapitalından istifadə hüququ əldə edəcək. Həmçinin, əgər ana uşağı doğum evində qoyub övladlığa götürməyə razılaşarsa (ögey ata tərəfindən övladlığa götürülməsi istisna olmaqla) kişi kapital ala biləcək.

Pensiyaların əlavə indeksləşdirilməsi baş verəcək

Mayın 1-dən əmək fəaliyyətini dayandırmış pensiyaçılar, 80 yaşdan yuxarı ahıllar, habelə uçuş heyəti üzvləri və şaxtaçılar üçün ödənişlər artırılacaq. Qeyd olunur ki, may ayında 3 ay əvvəl işinə xitam verilən pensiyaçılar da ödənişlərini alacaqlar.

Qələbə günü üçün ödənişlər

May ayında Böyük Vətən Müharibəsi iştirakçıları və əlilləri 10 min rubl alacaqlar.. Pul almaq üçün ərizə təqdim etmək lazım deyil, Pensiya Fondu onları avtomatik olaraq təyin edəcək.

Uşaqlar üçün ödənişlərin verilməsinə başlanılacaq

Mayın 1-dən valideynlər 8-17 yaş arası uşağa aylıq müavinət almaq üçün müraciət edə biləcəklər. Ailənin adambaşına düşən orta gəliri Rusiya Federasiyasının təsis qurumundakı yaşayış minimumundan çox olmadıqda müavinət təyin ediləcək. Eyni zamanda, ailə gəlir səviyyəsindən asılı olaraq, ölkənin regionunda müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumunun 50-dən, 100 faizə qədərini ala biləcək.

Mayın 1-dən təşkilatlarda sənədlərdəki səhvlərə görə işəgötürənlər məsuliyyət daşıyacaqlar.

Həmçinin Mayın 1-dən Başqırdıstanda xüsusi yanğınsöndürmə rejimi fəaliyyətə başlayacaq. Qeyd olunur ki, bu tarix respublika sakinlərinin anım və ehtiram günündə qəbiristanlıqlarda təmizlik işləri apara bilməsi üçün seçilib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678