Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rus pilot Ərdoğanın sayəsində xilas edildi

121 Baxış

Rusiyalı pilot Konstantin Yaroşenko ilə amerikalı tələbə Trevor Ridin mübadiləsi Rəcəb Tayyib Ərdoğan hakimyyətinin əməkdaşlığı nəticəsində baş tutub. Onlar eyni vaxtda Türkiyəyə gətiriliblər.

Turanmedia.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

“Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, mübadilə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti ilə əməkdaşlıq çərçivəsində Bayden administrasiyasının rəsmiləri və Kreml tərəfindən əvvəlcədən diqqətlə planlaşdırılmış addımlar silsiləsi çərçivəsində baş tutub. Rid və Yaroşenko Türkiyəyə demək olar ki, eyni vaxtda gəliblər, sonra Yaroşenko və Rid uçuş-enmə zolağı ilə təyyarələrə tərəf getdilər”, – deyə bildirilib.

Qeyd edək ki, rusiyalı pilot Konstantin Yaroşenko 2011-ci ildən ABŞ-da həbsdə saxlanılırdı. O, Rusiyada saxlanılan amerikalı tələbə Trevor Rid ilə dəyişdirilib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678