Simonyan bütün dünyanı nüvə müharibəsi ilə HƏDƏLƏDİ

10 Baxış
Simonyan Ukraynaya nüvə zərbəsi endirməklə hədələyib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni əsilli rus təbliğatçısı, jurnalist Marqarita Simonyan Solovyovun müəllif proqramının efirində canlı yayım zamanı deyib. O, Ukraynada “xüsusi əməliyyatı” bitirməyin əleyhinə, üçüncü dünya müharibəsini başlamağın lehinə danışıb.

Marqarita Simonyan müharibədə Ukraynanı itirməyə alternativ olaraq üçüncü dünya müharibəsi və nüvə zərbəsi təklif edib.

Solovyov da onunla razılaşaraq deyib: “Biz cənnətdəyik, onlar isə öləcəklər”, – deyib.