Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna hökuməti mülki əhalinin “Azovstal”dan təxliyəsi üçün plan hazırlayır

117 Baxış

Mariupolda mülki əhalinin “Azovstal”dan təxliyəsi üçün ümid var, ona görə də hakimiyyət humanitar əməliyyat planlaşdırmağa başlayır.

Turanmedia.az xezerxeber.az-e istinadən xəbər verir ki, bunu Ukraynanın Baş nazirin müavini İrina Vereşçuk Teleqramda yazıb.

“Prezident Zelenski bu gün BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Ümid olunur ki, biz “Azovstal”dan dinc sakinləri təxliyə edə biləcəyik. Prezident və onun komandası böyük səylər göstərir. Bu, əsas prioritetlərdən biridir. Biz humanitar əməliyyat üçün bir plan hazırlamağa başlayırıq”, – deyə Vereşçuk əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678