Ukraynanın bu vilayətlərinin sakinlərinə Rusiya ilə sərhədə yaxınlaşmaq QADAĞAN EDİLDİ
324 Baxış
Ukraynanın iki vilayətinin sakinlərinə Rusiya ilə sərhədə yaxınlaşmaq qadağan edilib.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko “Ukrayna 24” kanalının efirində bildirib.
Məlumata görə, Ukraynanın Sumı və Çerniqov vilayətlərinin sakinlərinə indi Rusiya ilə sərhədə yaxınlaşmaq qadağan edilib. Onun sözlərinə görə, vətəndaşlara gün ərzində 1 km-ə yaxın, gecə isə 20 km-ə qədər sərhədə yaxınlaşmaq qadağan edilib. Qadağa yalnız sərhəd yaşayış məntəqələrinin ərazilərinə şamil edilmir.
Qeyd edək ki, aprelin 29-da Ukraynadan Rusiya sərhəd-keçid məntəqələri atəşə tutulub. Kursk vilayətinin Rılski rayonunda və Bryansk vilayətinin Belaya Berezka kəndi ərazisində nəzarət-buraxılış məntəqələrinə hücum edilib.