Ukrayna ordusu hücum etdi: yüzlərlə ölü var
9 Baxış

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz işğalçı məhv edilib.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Arestoviç qeyd edib ki, rusların hava-desant qüvvələrinin qərargahına, ikinci birləşmiş qüvvələrin İzyumda yerləşən qərargahına iki zərbə endirilib.
Arestoviç ölənlər arasında yüksək rütbəli zabitlərin olduğunu deyib.