Makron Putinə zəng vuracaq

6 Baxış
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng vuracaq.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə AFP Yelisey Sarayına istinadən məlumat yayıb.

Xəbərə görə, telefon danışığı Moskva vaxtı ilə 13:00-da planlaşdırılır.

Qeyd edək ki, Rusiya və Fransa liderlərinin bundan qabaq telefon danışığı 29 martda baş tutub.

Xatırladaq ki, ötən şənbə Makron Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.