Almaniyaya sığınan 400 mindən çox ukraynalı qeydiyyata alınıb

6 Baxış
Fevralın 24-dən Ukraynadan qaçıb Almaniyaya sığınan 400 mindən çox insan qeydiyyata alınıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi rəsmi “Twitter” hesabında məlumat verib.

Bildirilib ki, bu günə qədər federal polis Almaniyada 400 632 ukraynalı qaçqını qeydiyyata alıb.

Onların əksəriyyəti qadın, uşaq və qocalardır.