Rusiya ordusunda faciə: Gerasimovun yaralandığı hadisədə general-mayor Andrey Simonov öldü

10 Baxış

Rusiya ordusunda iki faciə birdən baş verib: Rusiya Federasiyasının Baş Qərargah rəisi Gerasimov yaralanıb, Rusiya Silahlı Qüvvələrinin general-mayoru Andrey Simonov ölüb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar Rusiya KİV-də yer alıb. Ukraynanın İzyum istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-mayoru Andrey Simonov öldürülüb. Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov da zərbə sahəsinin yaxınlığında olub, o yaralanıb.

“Beş gün ərzində qərargahlara üç zərbə endirilməsi nəticəsində 200-ə yaxın insan həlak olub. Onların arasında ən azı 30 yüksək rütbəli zabit, komandir bir komanda məntəqəsində öldürüldü. Çox yüksək rütbəli birini mühafizə edən elit rus xüsusi təyinatlılarından biri xüsusi olaraq yaralandı” – deyə Feyqin Live YouTube kanalında məlumat verilib.

NYT yazır ki, ölənlərdən biri general-mayor Andrey Simonovdur.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.