Aralıq dənizində batan qayıqlarda ölənlərin sayı 100-ə çatdı – VİDEO
148 Baxış
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iki qayığın Aralıq dənizində, Liviya sahillərində batması nəticəsində təxminən 100 miqrantın boğulduğunu bildirib.
“Haber Global” məlumat verir ki, qəza liman şəhəri Əl-Xums və Surman yaxınlığında baş verib.
Açıqlamada bildirilir ki, qayıqda qadınlar və uşaqlar da daxil olmaqla, 140-dan çox adam olub.
Azı 100 miqrant həyatını itirib, 47 nəfər xilas edilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi və bu günə qədər 31 cəsədin tapıldığı qeyd olunur.
IOM-ın məlumatlarına görə, son qəzalarla birlikdə bu il Aralıq dənizi üzərindən Avropa sahillərinə getməyə çalışan ən azı 900 miqrant boğularaq ölüb.
Məlumat oxu.az saytından götürülmüşdür.