Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özbəkistanın SƏRT CAVABI: Birlik dövləti YOXDUR!

115 Baxış
Özbəkistan Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını təxribat hesab edir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirib ki, bəzi xarici ölkələrin liderlərinin ölkənin Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını “təxribat” hesab edir.

Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Son zamanlar bəzi xarici nəşrlər hadisələri işıqlandırmaqda obyektivlik və qərəzsizlik iddiasında olaraq, xarici dövlətlərin ayrı-ayrı rəhbərlərinin İttifaq dövlətinin genişlənməsi və Özbəkistan Respublikasının ona qoşulması ilə bağlı əsassız bəyanatlarını təkrarlamaqda davam edirlər.

Bununla əlaqədar, Özbəkistanın xarici tərəfdaşlarla dostluq münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat xarakterli hərəkətlərin yolverilməzliyini bir daha bəyan edirik.

Özbəkistan Respublikası ölkənin müstəqilliyini və suverenliyini yalnız milli maraqlara əsaslanaraq təmin etmək məqsədilə bundan sonra da seçdiyi müstəqil inkişaf kursunu qətiyyətlə davam etdirəcək”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678