İrəvanda Paşinyana qarşı növbəti yürüş keçirildi

8 Baxış
Ermənistan müxalifətinin İrəvanda kütləvi yürüşü başa çatıb.

Turanmedi.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, son günlərin ən çoxsaylı yürüşündə ən azı bir neçə min insan iştirak edib.

Etiraz edənlərin yürüş kortejini bir neçə yüz polis zabiti piyada müşayiət edib, onlarla polis avtomobili ərazidə olub. Yürüş iki saata yaxın davam edib.

Qeyd edək ki, çərşənbə axşamı etirazçılar şəhərin müxtəlif yerlərində yürüş keçirmək niyyətindədirlər.