Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan müxalifəti İFŞA EDİLDİ: Mitinqlərində iştirak etmək üçün insanlara pul paylayanlar saxlanıldı

108 Baxış
Ermənistanın Armavir vilayətinin iki sakini müxalifətin mitinqlərində iştirak etmək üçün pul paylamaqda ittiham edilərək həbs olunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Armeniatoday” Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir. Agentlik bundan əvvəl iki vətəndaşın mitinqlərdə iştirak etmək üçün pul almaq məsələsini telefonla necə müzakirə etdiyi haqda video material yayıb.

Həmin vətəndaşların 1966 və 1967-ci il təvəllüdlü Armavir rayon sakinləri olduğu müəyyən edilib. Məlumata görə, müxalifət aksiyalarının təşkilatçıları Armavir vilayətinin adıçəkilən sakinlərindən birinin İrəvandakı mitinqlərdə iştiraka maddi maraq göstərdiyi anlaşılıb. Həmin şəxs də öz növbəsində digərlərini maddi maraq qarşılığında mitinqlərə cəlb edə biləcəyini deyib.

Əldə edilən sübutlara əsasən, əvvəllər saxlanılan həmin vətəndaşlar Ermənistan qanunvericiliyinin müvafiq maddələri ilə ittiham olunublar. Ermənistan Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq davam edir.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678