“Nikolun son ümidi Əliyevədir, hamını onunla qorxutmaqda davam edir” – Saqatelyan

5 Baxış

“Biz Rusiya sülhməramlılarının Arsaxdakı missiyasının əhəmiyyətini yüksək qiymətləndiririk”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, “Ermənistan” blokunun üzvü İşxan Saqatelyan deyib. O, öz ordusunun gücünə yox, Rusiya sülhməramlılarının gücünə arxalandığını bildirib.

Növbəti mitinq zamanı Saqatelyan sərsəmləmələrinə davam edərək deyib:

“Əziz həmvətənlər, bu hakimiyyət xalqı qorxutmaqda davam edir ki, getsələr müharibə başlayacaq. Hamını Əliyevlə qorxutmaqda davam edirlər. Nikolun son ümidi Əliyevədir.

Mən açıq şəkildə bəyan edirəm, müharibə olmayacaq! Sülhün qədrini bizdən yaxşı bilən yoxdur. Biz kifayət qədər uzun müddətdir ki, sülh üçün mübarizə aparırıq, lakin sülh şəraitində yaşamaq üçün güclü və səmərəli orduya malik olmaq lazımdır. Sülh məcbur edilməlidir. Mən bu tribunadan, bu meydandan açıq şəkildə deyirəm: biz Rusiya sülhməramlı qüvvələrinin Arsaxdakı missiyasının əhəmiyyətini yüksək qiymətləndiririk”.

İşxan Saqatelyan xatırladıb ki, o, artıq mitinqin tribunasından Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmədiyini bəyan edib.

“Nikol hazırda xaricdədir. Yaxın günlərdə daha çox ziyarətlər olacaq. Bir daha bildirirəm ki, Nikol Paşinyanın erməni xalqını təmsil etmək mandatı yoxdur, ona görə də bu günlərdə onunla əldə olunan hər hansı razılaşma heç bir şey deyil. Xalq ayılıb, biz geri çəkilməyəcəyik, sona qədər gedəcəyik”, – o bildirib.