Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Artıq kulminasiya nöqtəsinə yaxınlaşırıq” – Amerikalı generaldan müharibə ilə bağlı PROQNOZ

116 Baxış

“Artıq kulminasiya nöqtəsinə yaxınlaşırıq”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu qənaəti ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general-leytenant Ben Hoces bildirib. Onun fikrincə, Rusiya ordusu Ukraynaya qarşı müharibədə artıq kulminasiya nöqtəsinə çatıb. Yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələri fevralın 23-dək olan əraziyə qədər rus qoşunlarını geri oturda biləcək.

“Aktiv döyüşlər üçün onların kifayət qədər əsgəri və ya tankı yoxdur, minlərlə yeni canlı qüvvə lazımdır”, – Hoces deyib.

Eyni zamanda, Ukrayna potensialını artırır. Hoces USQ-dən əks hücum gözlədiyini vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678