Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə hərbi bazasına dronlarla hücum oldu

91 Baxış

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı hərbi bazası ilk dəfə PUA-ların hücumuna məruz qalıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Şafak” xəbər agentliyi məlumat yayıb.

“Nineva əyalətindəki Zelikan bazasına partlayıcı dolu dronlarla hücum edilib. Bu, ilk belə hücumdur”, – məlumatda bildirilib.

Hücum nəticəsində hərbi bazada işləyən İraq vətəndaşı ölüb.

Heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678