Dodon 20 ilə qədər həbs cəzası ala bilər

19 Baxış

Moldovanın həbsdə olan keçmiş prezidenti, passiv korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinən İqor Dodon 20 ilədək həbs cəzası ala bilər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Valeri Naqaçevski deyib.

“Nəzərə alsaq ki, Dodon Moldova Cinayət Məcəlləsinin 4 maddəsini pozmaqda şübhəli bilinir, o zaman müəyyən etmək lazımdır ki, onlardan hansı ən ağır cəzanı nəzərdə tutur. Bu, dövlətə xəyanətdir. İstintaq aparılarsa, o, bu maddə ilə ittiham olunacaq. Dodonu 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir”, – Naqaçevski bildirib.

Qeyd edək ki, Moldovanın eks-prezidenti rüşvət almaq, passiv korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinərək, ötən gün 72 saat müddətinə saxlanılıb.