Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayden onu Azərbaycana səfir təyin edir

244 Baxış
ABŞ Prezidenti Co Bayden ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlvə o, Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin səlahiyyət müddəti cari ilin iyul ayında başa çatacaq. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678