Ara Papyan: “Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək”

15 Baxış

Ara Papyan: “Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək”

 

 

Ara Papyan: “Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək”

“Ermənistanın inzibati sərhədləri özlüyündə qeyri-qanunidir. Bundan əlavə, 1991-ci il oktyabrın 30-da Azərbaycan sovet mirasından imtina etdi”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan sovet mirasından imtina etdiyinə görə daha geniş ərazilərə iddi edir: “Amma Ermənistan hakimiyyəti bunu dünyaya bəyan etmir. ABŞ-da heç kim bu barədə bilmir, heç kim onlara bu barədə demir. Hətta külli miqdarda vəsaiti olan lobbi qruplarımız belə elementar və ermənilərin maraqlarına cavab verən məlumatları həmin qərar qəbul edən insanlara təbliğ etmirlər. ABŞ rəsmilərinin bu məlumatı özlərinin axtarmasını gözləyirikmi? Biz onlar üçün 100 ölkədən biriyik”.

Ara Papyan bildirib ki, “Biz sülh müqaviləsi və delimitasiya-demarkasiya tərəfdarıyıq, lakin bunun üçün ilk növbədə onun qurulacağı hüquqi bazanı müəyyənləşdirməliyik”.

O, sözlərini daha sonra belə əsaslandırıb: “Sovet inzibati sərhədləri istisnadır, çünki onlar yalnız inzibati xarakter daşıyır. Etiraf etməliyik ki, bizi bolşeviklər işğal etmişdi. Ona görə də sovet dövrünün sərhədləri, daha çox Azərbaycanın yalan iddiaları bizim üçün əhəmiyyətsizdir. Əhəmiyyətli olan Millətlər Liqasının qərarıdır.

Biz amerikalılara qırmızı xətlərimizi göstərməli, sonra həll yolları təklif etməli və bunda onların faydasını göstərməliyik. Danışıqlarda bu vacibdir.

Erməni diasporunun açıq şəkildə xalqa deyil, Rusiyanın maraqlarını güdən müxtəlif partiyalara dəstək verməsi də təəssüf doğurur. Çünki onlar öz müqəddəratını təyinetmədən danışanda, hətta yalnız Dağlıq Qarabağ miqyasında olsa da, onun Ermənistana mənsubluğundan imtina edir və hətta müstəqilliyini belə qeyri-mümkün edir. Çünki bu halda Azərbaycan da öz razılığını verməlidir.

Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək. Faciənin qarşısını almaq üçün vaxt qazanmalıyıq. Həll yolu məsələni hüquq müstəvisinə daşımaq, beynəlxalq məhkəməyə müraciət etməkdir. Dövlətçiliyi gücləndirmək üçün bizə 2-3 il vaxt verəcək. Hakimiyyət bunu etməyəcək. Ona görə də hakimiyyətə təzyiq göstərmək və təklif olunan həll yolunu irəli sürmək üçün diaspor bizə kömək etməlidir; diaspor həm də müxtəlif lobbi təşkilatlarına təzyiq rıçaqlarından istifadə etməlidir ki, Vaşinqton Ermənistan və Azərbaycan hakimiyyətini problemi beynəlxalq məhkəmədə həll etməyə məcbur etsin.

Və bu gün Paşinyan özü üçün ən asan yolu tutmaq istəyir. Lakin bu, Ermənistanın yoxa çıxması demək olacaq. Çünki Ermənistan sadəcə olaraq sovet inzibati sərhədləri daxilində mövcud ola bilməz”.